Ukrayna pilotsuz təyyarələrlə Krıma hücum edib


Ukrayna pilotsuz təyyarələrlə Krıma hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
"Bu gün saat 11 radələrində Kiyev rejiminin 1 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı ilə Rusiya Federasiyası ərazisində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb. Pilotsuz uçuş aparatı Rusiya tərəfindən aşkar edilərək Krım Respublikası ərazisi üzərində hava hücumundan müdafiə sistemləri ilə məhv edilib”, - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Kaluqa vilayəti üzərində Rusiya hədəflərinə hücum etməyə çalışan üç Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top