Növbəti təxribatın qarşısı alındı – Bu dəfə Naxçıvanda


Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, təxribatın qarşısının alınması məqsədilə  bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

DİGƏR XƏBƏRLƏR

Top