Ukrayna: Urojaynoye qəsəbəsi azad edildi


Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna ordusunun Donetsk vilayətinin Urojaynoye qəsəbəsini azad etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu bürədə nazir müavini öz sosial media hesabında məlumat verib. Məlumata görə, o, Ukrayna qoşunlarının şərqdə uğur qazandığını, Ukrayna əsgərlərinin mövqelərini möhkəmləndirdiyini, hücum əməliyyatlarının davam etdiyini bildirib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada isə Rusiya ordusunun Urojaynoye qəsəbəsində itirdiyi mövqeləri geri almağa çalışdığı, lakin bunun uğursuz olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top