Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Mehmet Özhaseki dünən Türkiyədə temperatur rekordunun vurulduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazir öz sosial media hesabından məlumat verib.
Məlumata görə, ən yüksək temperatur 49,5 dərəcə Əskişəhərin Sarıcakaya rayonunda qeydə alınıb.
Mehmet Özhaseki əvvəlki rekordun 49,1 dərəcə ilə 20 iyul 2021-ci ildə Şırnakın Cizre şəhərində qeydə alındığını bildirib.