Bakıda hansı yollarda sıxlıq var?


Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, hazırda sıxlıq müşahidə edilən yollar bunlardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, kənar və əsas yol, mərkəz istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top