Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***21:05
Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 4 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
Digər şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***20:27
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub:
“Əlavə məlumat veriləcək”.