![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/5/7/1/ee2cb3ac-8415-4cf0-b2f4-94345e4b863e/ekrem-imamoglu-foto-istanbul.jpg)
“İstanbulu yenidən müdafiə etmək üçün yola çıxıram”.
Yeniavaz.com xəbər veir ki, bunu Türkiyənin İstanbul vilayətinin hazırkı meri Əkrəm İmamoğlu deyib.
“Artıq 4 ildir ki, 16 milyon insana xidmət etmək üçün yoldayam. 2019-cu ildə olduğu kimi, CHP-lilər və müxtəlif partiyalara könül vermiş dostlarla yola çıxıram”, - İmamoğlu bildirib.
Yerli KİV-də bu sözlər, İmamoğlunun yenidən İstanbulda bələdiyyə sədrliyinə namizədliyini verməsi kimi şərh olunub.
“Yola çıxdığımı bildirdim, hələ ki “namizədəm” demək siyasi cəhətdən etik deyil. Namizəd olmaq üçün üsul və proseslər var”, - İmamoğlu daha sonra qeyd edib.
Qeyd edək ki, 2024-cü ilin yay aylarında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.