
Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu raundu öncəsi Hindistan Hərbi Hava Qüvvələri Çinlə sərhəddə yerləşən Ladax bölgəsinin şərqinə 68 min əsgər və çoxlu sayda hərbi texnika cəmləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə adlarını açıqlamaq istəməyən məmurlar “Hindustan Times”a məlumat ötürüblər.
Bildirilir ki, Çin və Hindistan arasında hərbi səviyyədə davam etməsi gözlənilən görüşdən əvvəl Ladax bölgəsində hərbi aktivlik var.
“Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük miqdarda hərbi texnika, o cümlədən 68 min əsgər, 330 piyada döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, yerdən havaya idarə olunan silahlar və radarlar gətirib.
Hindistan Hərbi Hava Qüvvələrinin son 3 ildə bölgəyə 9 min ton hərbi texnika daşıdığı bildirilir”, - qəzetin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır. İclasda Hindistanın Baş naziri Narendra Modi və Çin Kommunist Partiyasının sədri Si Cinpinin də iştirakı gözlənilir.