Bu gün yeniyetmələrin Şahmat Olimpiadasına start verildi


Bu gün Hollandiyanın Eyndhoven şəhərində FİDE-nin yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə olimpiadanın rəsmi saytı məlumat yayıb. Məlumata görə, turnirdə 47 ölkədən 63 komanda və 252 oyunçu iştirak edir. İlk turda Azərbaycan komandası Paraqvay şahmatçılarını 4-0 hesabı ilə məğlub edib. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
Avstraliya 1 – Qazaxıstan 1 1½-2½
Çin – Hollandiya 4 3½-½
Gürcüstan – Türkiyə 2-2
Hollandiya 1 – Qazaxıstan 5 3-1
Qazaxıstan 4 – Macarıstan 1-3
Özbəkistan – Kanada 2 4-0
Fransa – Mərakeş 3:1
Kanada 3 – İsrail 0-4
Rumıniya – Cənubi Afrika 1 4-0
Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir. Komandanın kapitanı Fərid Abbasovdur.

DİGƏR XƏBƏRLƏR

Top