![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/14/1/f47be3f6-6ddd-45c2-90c0-a5c5391c499d/emek-haqqi.jpg)
2023-cü ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 44558,6 milyon manat və ya hər nəfərə orta hesabla 4393,6 manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumata görə, əhalinin sərəncamında qalan gəlirləri isə 39306,9 milyon manat təşkil edib.