Orta aylıq əməkhaqqında artım 11 faizdən yuxarı olub


2023-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 921,9 manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3621,8 manat, qeyri neft-qaz sektorunda 870,3 manat təşkil edib. Dövlət müəssisələrində işləyən işçilərin əməkhaqları 883,0 manat, özəl müəssisələrdə isə 964,6 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top