
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 151 517 nəfər təşkil edib.
Əhalinin ümumi sayının 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz