“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətlə qınayırıq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində məlumat yayıb.
“Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün forma və təzahürlərini pisləyir.
Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, - məlumatda deyilir.