Banqladeşdə danq qızdırmasından ölənlərin sayı artır


Banqladeşdə son 24 saatda daha 11 nəfər danq qızdırmasından dünyasını dəyişib. Bununla da, ölkədə bu xəstəlikdən ölənlərin sayı 398-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) məlumat yayıb. Məlumata görə, bu xəstəlikdən təkcə bir gündə 2 min 905 nəfər xəstəxanaya yerləşdirilib.
Bu il üçün ölkə miqyasında xəstəxanaya yerləıdirilənlərion sayı isə 75 mindən çox olub.
Qeyd edək ki, tropik və subtropik bölgələrdə müşahidə olunan danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə yoluxur. İnkubasiya dövründən sonra əsasən yüngül qızdırma ilə müşayiət edilən xəstəlik bəzi hallarda ölümlə nəticələnir.
"Yağış mövsümü" kimi tanınan aylarda xəstəlik halları daha da artır. Belə ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

DİGƏR XƏBƏRLƏR

Top