İran türkmən qazının Azərbaycana svop tədarükünü sutkada 4,5-5 milyon kubmetrdən 7-7,5 milyon kubmetrə qədər artırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə müsahibəsində İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales bildirib.
"Türkmən qazının İran ərazisindən tədarükünə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara əsasən, biz Azərbaycana gündə 4,5-5 milyon kubmetr svop tədarük edirik. İndi svop tədarüklərini artırıb 7-7,5 milyon kubmetrə çatdırmışıq”, - xales deyib.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə daha əvvəl razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.