DİN: Avtobus qəzasında 22 nəfər yaralanıb – Yenilənib


Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü  Ravil Mahmudovun  idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 
İlkin məlumata görə avtobusda 22 nəfər olub. Ölən yoxdur.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

***12:08
Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb.
Yeniavaz.com
"Report"a istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.
Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top