Mask-Zukerberq döyüşünün yeri bəlli oldu


Milyarderlər İlon Mask və Mark Zukerberq döyüşün keçiriləcəyi yer barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tesla”nın təsisçisi və rəhbəri İlon Mask Tvitter vasitəsilə məlumat yayıb.
“Döyüşü mənim və Zukerberqin fondları idarə edəcək (UFC deyil). Canlı yayım bu platformada (Twitter) və “Meta”da olacaq. Kameraya düşən bütün kadrlar qədim Romanı əks etdirəcək, odur ki, müasir heç nə olmayacaq. Mən İtaliyanın Baş naziri və Mədəniyyət Nazirliyi ilə danışdım. Onlar epik bir məkan haqqında razılığa gəldilər”, - deyə İ. Mask qeyd edib.
O bildirib ki, bütün gəlirlər veteranlara sərf olunacaq.
Qeyd edək ki, Zukerberq Mask ilə döyüşü avqustun 26-na təyin etdiyini açıqlamışdı, lakin hələ də tarix təsdiqləməyib.

DİGƏR XƏBƏRLƏR

Top