KİV: Ayxan İsrafilov həbs edildi – Yenilənib


Ayxan İsrafilov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay həbs qəti-imkan tədbiri seçilıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Turan məlumat yayıb.

***11 avqust, saat 19:53
İşçi Masasının üzvü Ayxan İsrafilovun polis tərəfindən saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Onun hansı səbəblə saxlanıldığı qeyd olunmur.
Qeyd edək ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da avqustun 1-də saxlanılıb. Məhkəmə qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe oımama) maddələrilə cəzalandırılıb.
Afiəddin Məmmədov saxlandığı gün – avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib.

DİGƏR XƏBƏRLƏR

Top