Bu şirkətin Hindistandan idxal etdiyi 54 ton yerfındığı yararsız çıxdı


Hindistandan idxal olunan yerfındığı məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Məlumata görə, idxal məhsullarına nəzarət tədbirləri çərçivəsində “Buta Çərəz” MMC-nin Hindistan Respublikasından idxal etdiyi ümumi çəkisi 54108 kq olan yerfındığı (araxis) məhsulundan nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top