"Pəncə-Kilid" əməliyyatında daha bir əsgər şəhid oldu


İraqda "Pəncə-Kilid" əməliyyatında türk əsgəri şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada, iyulun 21-də "Pəncə-Kilid" əməliyyatı bölgəsində yaralanan Görəcənin həyatını xilas etmək mümkün olmadığı və bütün müdaxilələrə baxmayaraq, dünən müalicə aldığı Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında həyatını itirdiyi bildirilib. Açıqlamada aşağıdakı ifadələr yer alıb: “Bizi dərin hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət diləyir, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və şanlı millətimizə başsağlığı və səbir diləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top