Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə yaradıcılıq gecəsinin keçiriləcəyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, Kulis.az-ın yaydığı məlumata görə, “Anar.85” adlı yaradıcılıq gecəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında baş tutacaq.
Tədbirin oktyabrın 22-də keçiriləcəyi, biletlərin qiymətinin isə 10-40 manat arasında olacağı bildirilir.
Anarın özü isə RTV-yə açıqlamasında yaradıcılıq gecəsinin keçirilməsi ilə bağlı məlumatlardan xəbərsiz olduğunu deyib:
“Mənim 85 illik yubileyim mart ayında olub. Yaradıcılıq gecəsinin keçiriləcəyini də sizdən 10 dəqiqə əvvəl zəng edib soruşdular. Yaradıcılıq gecəmin təşkil edildiyini jurnalistlərdən öyrəndim. Girişin pullu olacağından da xəbərsizəm. Bunu sizdən eşidirəm”.