“Beşiktaş” Bakıda “Neftçi”ni məğlub etdi – Yenilənib


Qarşılaşma “Beşiktaş”ın qələbəsi ilə başa çatdı – 3:1.
***
"Neftçi" hesab arasındakı fərqi azaltdı. Oyunun 79-cu dəqiqəsində Kilan Lebon fərqləndi.
***
62-ci dəqiqədə Salih Uçanın qolu ilə qonaqlar 3-cü qolu vurdu.
***
İkinci hissə başladı.
***
Birinci hissə başa çatdı.
***
Qonaqlar ikinci qolu vurdu. Bu dəfə 23-cü dəqiqədə Cekson Muleka fərqləndi.
***
"Beşiktaş" Vensan Abubakarla 14-cü dəqiqədə hesabı açdı - 0:1.
***
Matç başladı.
***20:08
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələcək “Neftçi” və “Beşiktaş” klublarının start heyətləri bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Neftçi”: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 21. İsmayıl Zülfüqarlı, 19. Azər Salahlı, 23. Ataa Caber, 27. Fərid Yusifli, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 11. Kilan Lebon, 9. Andre Şinyaşiki
“Beşiktaş”: 34. Mert Günok (k), 6. Omar Kolli, 12. Daniel Emerti, 77. Umut Meraş, 24. Valentin Rosye, 19. Amir Haciahmetoviç, 83. Gedson Fernandeş, 8. Salih Uçan, 40. Cekson Muleka, 4. Onur Bulut, 10. Vensan Abubakar
Qeyd edək ki, görüş bu gün saat 21:00-da “Neftçi Arena”da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top