
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat verib. Məlumata görə, növbəti qarşılaşmalarda rəqiblərimiz Almaniya, Türkiyə, Yunanıstan və İsveç yığmaları olacaq.
C qrupunda yer alacaq millimizin qrup oyunlarına Almaniyanın Düsseldorf şəhəri ev sahibliyi edəcək.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. C qrupunda mərhələ adlayacaq komandalar bu etapda A qrupunda 1- 4-cü yerləri tutacaq komandalarla qarşılaşacaqlar: (C1-A4, C2-A3, C3-A2, C4-A1).
