Fövqəladə Hallar Nazirliyi (FHN) qanunsuz tikintilərin qarşısını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Məumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir rayonu, Abbaslı kəndi ərazisində vətəndaşın müvafiq icazəverici sənədləri olmadan tikinti işlərini apardığı müəyyən edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.
Bundan başqa, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.