Ukraynada rus musiqisini dinləyənlərin cərimələnməsi təklif edilib


Ukrayna Ali Radası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini qeydə alıb.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, 9547 saylı Qanun layihəsi ticarət, iaşə və xidmət müəssisələrində rus musiqi məhsullarından istifadəyə görə 5100 qrivnadan (234,75 AZN) 25500 qrivnaya(1173,76 AZN) qədər cərimə nəzərdə tutur.
Eyni hal təkrar baş verdiyi zaman isə cərimələrin məbləği artırılacaq.
Qanun layihəsinin mətni parlamentin saytında dərc olunub.

DİGƏR XƏBƏRLƏR

Top