İyul ayında Azərbaycana 224 min 826 xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin yaydığı sonuncu statistik məlumatda qeyd olunur.
Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Bu ilin 7 ayı ərzində isə ümumilikdə, ölkəyə 1 milyon 144 min 122 nəfər xarici vətəndaş gəlib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çox olub.