Fazil Qasımov haqda həbs qərarı verildi


Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımovun barəsində həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.
Fazil Qasımovun barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fazil Qasımova Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilib.
Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top