Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş məlum oldu


Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

Qaliblərin siyahısı təqdim olunur:

1-ci yer

Natiq Əliyev

2-ci yer

Nurəli Şahbazov

3-cü yer

İlqar Ağaşov

DİGƏR XƏBƏRLƏR

Top