Böyük Britaniya 6 Belarus şirkətinə sanksiya tətbiq etdi - Siyahı


Böyük Britaniya müdafiə sektoru ilə bağlı altı Belarus şirkəti və müəssisəsinə sanksiya tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, qara siyahıya Belarus Optik və Mexanika Birliyi (2011-ci ildən - BelOMO holdinqi), “Gomel” Radio Zavodu, optik və optoelektronik nişangahların, cihazların və müşahidə sistemlərinin tərtibatçısı və istehsalçısı "Kidma tech", "Orsha" Aviasiya Təmiri Zavodu,  "Peleng" optoelektronika sənayesinin layihə müəssisəsi və 2566-cı elektron silahların təmiri zavodu daxildir.
Məhdudlaşdırıcı tədbirlər Böyük Britaniyada siyahıya alınmış şirkətlərin aktivləri aşkar edilərsə, onların dondurulmasını nəzərdə tutur
 Sanksiyaların tətbiqinə bəraət qazandıran səbəb bu şirkətlərin Belarus hökumətindən onun üçün “strateji əhəmiyyətli” müdafiə sektorunda aldıqları faydadır.

DİGƏR XƏBƏRLƏR

Top