Cüdoçumuz Avropa çempionu oldu


Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Məlumata görə, idmançımız 48 kq çəki dərəcəsində birinci yeri tutub.
Qeyd edək ki, bu, Avropa Paralimpiya Çempionatında millimizin ilk medalıdır.

DİGƏR XƏBƏRLƏR

Top