Azərbaycan nefti ucuzlaşdı


Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,66 dollar azalaraq 89,45 dollar olub.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
 “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top