Klublarımızın pley-off mərhələsindəki potensial rəqibləri bilindi


Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu gün təşkil olunan püşkatmaya əsasən “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş”ı keçsə, pley-offda “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyunu səfərdə keçirəcək.
“Sabah” isə Serbiya “Partizan” klubunu keçəcəyi təqdirdə pley-offda “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq və o da ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top