Müstəqil siyasi fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev(Atilla Xan) haqqında 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilir ki, E.Mustafayev narkotik maddələrin satışında ittiham edilir.
Ötən gün sosial şəbəkələrdə E. Mustafayevin saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.