
Bakının Səbail rayonunda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Yenıavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, rayon ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G. Əliyeva müəyyən olunaraq saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz