Putin 90% səslə yenidən prezident seçiləcək? – NYT Peskova istinadən yazıb


Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “The New York Times”ın ona istinadən yazdığı xəbəri təkzib edib. Qəzetin yazdığına görə, Peskov 2024-cü ildə Vladimir Putinin 90% səslə yenidən prezident seçilcəyini deyib.
Yeniavaz.com
xəbər verir ki, Peskov sözügedən xəbərlə bağlı TASS-a danışıb.
“Xeyr, bu, məqalənin müəllifi tərəfindən tamamilə səhv şərh edilib", - Peskov deyib.
Prezidentin sözçüsü əlavə edib ki, o, həqiqətən də bu jurnalistlə görüşüb, söhbət edib və suallardan biri də seçkilərlə bağlı olub:
“Cavab isə belə oldu: cəmiyyətin prezidentin ətrafında cəmləşmə səviyyəsi tamamilə görünməmiş səviyyədədir və indi də deyə bilərik ki, namizədliyi irəli sürülsə, o, böyük üstünlüklə yenidən seçiləcək və seçkilərin özü - nəzəri olaraq - sadəcə əlavə xərclərdir".
O, həmçinin əlavə edib ki, jurnalistlə söhbətində şəxsi fikrindən danışıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. Putinin yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququ var, lakin bu məsələ ilə bağlı qərarı barədə hələlik açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top