Kiyevdəki “Ana Vətən” abidəsinin qalxanındakı sovet gerbi Ukraynanın milli simvolu üçdişli mizraqla (“Trezub”) əvəzlənib.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bu gün səhər gerbin konstruksiyası monumentin qalxanına qaldırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyevdəki “Ana Vətən” abidəsində SSRİ gerbinin əvəzinə üçdişli mizraq embleminin qoyulması “Kiyev rejiminin mahiyyətini” bir daha nümayiş etdirib.
“Ananın adını dəyişmək olmaz. O, təkdir. Onunla edilə biləcək yeganə şey sevməkdir. Onlar necə olacağını bilmirlər”.
Qeyd edək ki, avqustun 1-də “Ana Vətən” gerbindəki sovet simvolu sökülüb. Ötən ilin iyulunda ölkənin Mədəniyyət Nazirliyi Ukraynanın ən böyük abidəsindən sovet gerbinin sökülməsinin zəruriliyi ilə bağlı ukraynalıların fikrini öyrənmək üçün sorğu keçirib. 90 %-dən çoxu köhnə gerbin yığışdırılmasının tərəfdarı olub. Eyni zamanda, 85 % heykəlin qalxanına Ukrayna simvolunun yerləşdirilməsi ideyasını bəyənib.