Azərbaycanlı cüdoçu MDB Oyunlarında qızıl medal qazandı


Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildiriblər ki, cüdoçu Nihad Məmişov (50 kq) qızıl medal əldə edib.
Qadın cüdoçu Xədicə Abdullayeva (40 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl bədii gimnastika üzrə gənclərdən ibarət yığma komandamız bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top