ABŞ-ın onlayn ticarət nəhəngi olan “Amazon”un cari ilin 2-ci rübü üçün hesabatı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Amazon” şirkəti məlumat yayıb.
Məlumata görə, şirkətin həmin dövrdəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb. İkinci rübdə “Amazon”un xalis mənfəəti də 6,7 milyard dollar olub.
Qeyd edək ki, şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlamışdı. Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirmişdi.