Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Rəhimli Ordubad rayonuna icra başçısı təyin edilib.
Yeniavaz.com yeni təyin olunan icra başçısının dosyesini təqdim edir:
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli bakalavr təhsili üzrə (dövlət xətti ilə) Türkiyədə Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi – “Dövlət İdarəçiliyi” ixtisasından məzun olub.
Magistratura pilləsini də (dövlət xətti ilə) Türkiyədə Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi – “Dövlət İdarəçiliyi” ixtisası üzrə bitirib.
Daha sonra dövlət xətti ilə - Ankara Universiteti Siyasət Elmləri Fakültəsi – “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə doktorantura təhsili alıb.
R. Rəhimli xaricdə və respublikamızda nəşr olunmuş 5 monoqrafiyanın, 3 kollektiv kitabın, Ali məktəblər üçün 1 dərsliyin, 70 elmi məqalənin müəllifidir.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevi Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsində R. Rəhimli əvəz edib.