Terminaldan oğurluğa cəhd edən şəxs saxlanıldı


Ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə,
avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.
Polis Bölməsində aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.

DİGƏR XƏBƏRLƏR

Top