Məhkəmə Navalnıya 19 il həbs cəzası verdi


Moskva Şəhər Məhkəməsi Aleksey Navalnını ekstremist icma yaratmaq ittihamı ilə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İş üzrə ikinci təqsirləndirilən şəxs Navalnının “YouTube” kanalının keçmiş texniki direktoru Daniel Kholodnıdır. O, xidməti vəzifəsindən istifadə edərək ekstremist fəaliyyəti maliyyələşdirməkdə və ekstremist icmada iştirakda ittiham olunur. Onun hökmü hələ açıqlanmayıb.
Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

DİGƏR XƏBƏRLƏR

Top