Avqustun 4-də Dövlət Neft Şirkəti (SOCAR) ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Yeniavaz.com xəbər verir ki, memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.