“Apple”ın xalis mənfəəti 2,5 dəfə artdı


ABŞ-ın texnologiya nəhənglərindən “Apple”ın aprel-iyun dövründə əldə etdiyi gəlir illik müqayisədə 1 faiz azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Məlumata görə, iyulun 1-də başa çatan üçüncü rübün hesabatında “Apple”ın gəliri keçən ilin eyni dövrünə görə 1 faiz azalaraq, 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar təşkil etmişdi.
Qeyd edilən azalmaya baxmayaraq, şirkətin gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.
Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5 faiz artaraq, 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.
“iPhone” satışlarının məbləği aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 39,7 milyard dollar olub.
Eyni dövrdə “iPad” satışları 20 faiz azalaraq 5,8 milyard dollara, “Mac” satışları isə 7 faiz azalaraq 6,8 milyard dollara düşüb.
Şirkətin icraçı direktoru (CEO) Tim Kuk balans dövrü ərzində 1 milyarddan çox ödənişli abunə sayəsində xidmət gəlirlərində bütün zamanların ən yüksək rekordunu vurduqlarını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top