
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumat yayıb.
ANAMA-dan Yeniavaz.com-a verilən məlumata görə, iyulun 1-dən 31-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 190 mina, tank əleyhinə 238 mina və 525 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.
Ay ərzində 4 min 226,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.