6 ölü var, 31 nəfərdən xəbər yoxdur... - Gürcüstanda torpaq sürüşməsi


Gürcüstanın Raça bölgəsindəki Şovi kurort şəhərində torpaq sürüşməsi baş verib.
Yeniavaz.com
gürcü mediasına istinadla xəbər verir ki, yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları Raça bölgəsindəki Şovi kurort şəhərindəki sürüşmə sahəsində 6 nəfərin cəsədini aşkar ediblər.
"Dünən iki nəfərin, bu gün isə daha dörd nəfərin meyiti tapılıb. Beləliklə, ölənlərin sayı altıdır", - Daxili İşlər Nazirliyinin sözçüsü bildirib.
Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər daha 31 nəfərlə əlaqə saxlaya bilmirlər.
Qeyd edək ki, Şovidə sürüşmə ötən gün baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib. Daxili İşlər Nazirliyi dərhal əraziyə iki sərhəd polis helikopteri göndərib, bu gün onlara daha iki helikopter əlavə edilib. İki gün ərzində 210 nəfər təxliyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top