Paralimpiyaçılarımız Avropa Çempionatında iştirak edəcək


08-20 avqust tarxilərində Niderland Krallığının Rotterdam şəhərində Avropa Paralimpiya Çempionatı keçiriləcək.

Yeniavaz.com xəbər verir ki , bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Məlumata görə çempionatda 45 ölkədən 1500-ə yaxın idmançı iştirak edəcək. Bu yarışlarda ölkəmizi 35 idmançı 7 idman növü üzrə təmsil edəcək. Güllə atıcılığı və kamandan oxatma - birbaşa lisenziya, digər idman növləri reytinq xalları qazandıracaq.
Bundan başqa, 18-27 avqust tarixlərində Birləşmiş Krallığın Birmingem şəhərində IBSA Dünya Oyunları baş tutacaq. Bu oyunlarda ümumilikdə 1250 idmançı iştirak edəcək. Yarışlarda ölkəmizi 20 idmançı 2 idman növü (16 idmançı cüdo, 4 idmançı şahmat) üzrə təmsil edəcək. Cüdo idman növündə əldə olunacaq nəticələr XVII Paralimpiya Oyunlarına lisenziya üçün reytinq xalı qazandıracaq.
Qeyd edək ki, komandalarımız avqustun 6-dan etibarən yola düşəcək.

DİGƏR XƏBƏRLƏR

Top