
“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, Bakı klubu cavab oyununda Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub edib.
İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.
8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, “Neftçi”ni önə keçirib. 68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb və qarşılaşmada son nöqtəni qoyub.
Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00."Neftçi" (Azərbacan) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 2:0
Qollar: Kenni Sayef, 20 (1:0), Eddi İsrafilov, 68 (2:0)
Baş hakim - Balazs Berke (Macarıstan).
İlk oyun - 2:2
Bakı. "Bakcell Arena"