Əhaliyə satılan enerji qiymətləri azı 15-20% aşağı salınsın – İqtisadçıdan təklif


“”Azərenerji” ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub, ötən il “Azərenerji”nin xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin “Azərenerji”nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb).
Belə baxanda yaxşı göstəricidir, amma, indi deyəcəksiz ki, illərdir dövlət şirkətləri ziyanla işləyirdi - tənqid edirdin, indi onlardan biri xalis mənfəərə çıxıb, yenə əmma qoyursan”.
Yeniavaz.com
xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Deyim də, dövlət şirkətlərinin yüksək mənfəətlə işləməsi doğru deyil, bəli, öz xərclərini ödəməli, ziyanla işləməməlidirlər, bu heç. Biz hamımız, faktiki olaraq o şirkətin “səhmdarıyıq”, vətəndaşlardan yığılan vergi hesabına büdcədən illərdir “Azərenerji”yə yüzmilyonlarla vəsait ayrılıb, alt yapısı qurulub, avadınlıqlar alınıb, xəttlər çəkilib, təmir işləri görülüb, deməli biz hamımız bu işdə pay sahibiyik. İndi şirkət mənfəətə çıxıbsa lap yaxşı, əla, deməli öz “səhmdarları” - vətəndaşlarla bu mənfəəti bölüşməlidir. Yəni, şirkət əhali üçün topdan satdığı enerji qiymətlərini azı 15-20% aşağı sala bilər, bu zaman dövlətin əlində olan digər pərakəndə paylayıcı şirkətlər də qiyməti ucuzlaşdırmalıdır.
Bu işin iqtisadi fəlsəfəsi budur - ziyan edəndə hamımız ziyanı vergilərlə ödəyiriksə, xalis mənfəərdə də əhalinin qiymət endirimi ilə payı olmalıdır”, - N.Cəfərli bildirib.

DİGƏR XƏBƏRLƏR

Top