“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun vaxtı və stadionu məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Avqustun 10-u oynanılacaq ilk matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və bu oyun yerli vaxtla saat 20:00-da başlayacaq.
“Qarabağ”ın HİK-lə cavab qarşılaşması isə avqustun 17-i Helsinki stadionunda baş tutacaq və bu matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 10-da baş tutacaq qarşılaşmanı israilli hakim Roy Reynşreyber idarə edəcək. Ona Devid Elias Biton və Saqi Metzamber kömək edəcək. Dördüncü hakim funksiyasını isə Erez Papir yerinə yetirəcək.
Avqustun 17-də keçiriləcək cavab qarşılaşmasında isə ədaləti fransalı hakimlər qoruyacaq. Villi Delajodun baş hakim olduğu matçda ona Ervan Finjin və Filipp Jan kömək edəcək. Tomas Leonard isə dördüncü hakim olacaq.
Qeyd edək ki, “Qarabağ” və HİK Çempionlar Liqasının II təsnifat mərhələsində məğlub olaraq Avropa Liqasına düşüb.