
Türkiyənin Malatya vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi(AFAD) məlumat yayaıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 07:56-da(Bakı vaxtı ilə 08:56) vilayətin Pütürge rayonunda qeydə alınıb və dərinliyi 7,04 kilometr olaraq müəyyən edilib.
Təbii fəlakətin şəhər mərkəzində və ətraf əyalətlərdə qismən hiss olunduğu bildirilir.